Qısa müddət ərzində hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq o qədər yüksək səviyyədə qurulub ki, buna təəccüblənməmək mümkün deyil.
bunu Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə təşkil edilmiş tədbirdə jurnalistlərə açıqlamasında Yaponiya səfiri Vada Cuniçi deyib.
Səfir ölkələrarası əlaqələrin müxtəlif sahələrdə də eyni tempdə inkişafından məmnun olduğunu qeyd edib.
“30 il öncə, 1992-ci ilin 7 sentyabr tarixində Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin təməli qoyulub. Bu 30 ili dəyərləndirdikdə görürük ki, iki dövlət arasında müxtəlif istiqamətlərdə əlaqələr yüksək səviyyədə inkişaf edir. Bu, hər iki dövlətin səylərinin nəticəsidir. Buna sevinməmək mümkün deyil”, – diplomat vurğulayıb.