Səfir Alev Kılıç: Ermənistan işğalçılıq iddialarından əl çəksə, Azərbaycan və Türkiyə ilə normallaşma prosesi sürətlənəcək

0
196

“Avropa siyasi birliyi” Zirvə Toplantısı bütün parametrlərinə görə qarşılıqlı əməkdaşlığın yüksək əhəmiyyətini ortaya qoydu. Çünki bu toplantıda Avropa ölkələri bir araya gəldilər. Təbii ki, bu toplantının Azərbaycan və Türkiyə üçün də olduqca faydalı nüansları var.
Bu fikirləri açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) sədri, səfir Alev Kılıç ifadə edib.
Bölgədəki normallaşma prosesinin region ölkələri başda olmaqla bütün tərəflər üçün faydalı və əvəzolunmaz olduğunu diqqətə çatdıran səfir Alev Kılıç deyib ki, “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin bir araya gəlməsi sülh və normallaşma baxımından tarixi əhəmiyyət daşıyır.
“Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilən digər görüşləri də yüksək dəyərləndirən səfir Alev Kılıç deyib ki, proseslərin inkişafı bir daha təsdiq etdi ki, Ermənistan işğalçılıq iddialarından əl çəksə, Azərbaycan və Türkiyə ilə normallaşma prosesi sürətlənəcək.