“Sədərək”də kütləvi dava: qadının belini sındırdılar

0
704

Sürücü avtomobilini ticarət mərkəzində yerləşən mağazalardan birinin qarşısında saxlayıb. Bu da öz növbəsində həmin mağazada işləyən şəxslərin narazılığına səbəb olub

Bakının Qaradağ rayonunda kütləvi dava olub. Hadise Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Belə ki, sürücü avtomobilini ticarət mərkəzində yerləşən mağazalardan birinin qarşısında saxlayıb. Bu da öz növbəsində həmin mağazada işləyən şəxslərin narazılığına səbəb olub.

Qısa mübahisədən sonra sürücü ərazidən uzaqlaşıb. Lakin o, bir müddət sonra bir neçə şəxslə geri qaydıb və yenidən mağaza işçiləri ilə mübahisə edib. Mübahisə sonda tərəflər arasında dava ilə yekunlaşıb.

Nəticədə mağaza işçiləri – 1982-ci il təvəllüdlü Rəfiyev Rüfət Gülağa oğlu, 1982-ci il təvəllüdlü Babayev Məhəmməd Zakir oğlu və 1978-ci il təvəllüdlü Əzizova Həyat Hümbət qızı ağır bədən xəsarətləri alıblar. Onlar dərhal təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

R. Rəfiyev və B. Məhəmmədə qapalı kəllə-beyin, E. Həyata isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralılar həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.