“Sədərək”də baş vermiş yanğında zərər çəkənlərə ŞAD XƏBƏR

0
523

"Sədərək"də baş vermiş yanğında zərər çəkənlərə ŞAD XƏBƏRİctima tv – nin efirində yayımlnan “3 D” verilişinin növbəti qonağı İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov olub.

Adıgedən sahənin səlahiyyətli şəxsi sığorta prosedurlarından danışıb. O, həmçinin bir neçə gün öncə Sədərək Ticarət Mərkəzində baş verən yanğınla bağlı sualları da cavablandırıb. Aparıcı Dadaş müəllimin “Sədərəkdə yanğında zərər çəkmiş insanlar real konpensasiyasını ala biləcəklərmi?” sualına Rəşad Əhmədov yanğında zərər görmüş insanların icbari sığortası olduğu təqdirdə konpensasiya alacaqlarınının konkretliyini nəzərə çatdırmaqla münasibət bildirib:

“Əgər daşınmaz əmlakın icbarı sığortası ilə bağlı təminat varsa, əlbəttə ki, insanlar sığorta ala biləcəklər. Çünki burada hər şey konkretdir”.

İcbari Sığorta Bürosunun rəsmisi həmçinin yanğında zərər görmüş şəxslərin sığortlanmasını zəruri hesab edib. O, ödənişdən sığorta şirkətlərinin qaçmasının mümkün olmadığını bildirib:

“Bundan əvvəl baş vermiş hadisələrdə bəzi obyektlərin sığortalanmasına şahid olmuşuq. Siyahı təqdim edildikdən sonra bizim informsiya sistemində və Sığorta şirkətlərinin informasiya sistemində məlumatların əldə edilməsi mümkün olacaq. İcbari sığortadan söhbət gedirsə, ödənişdən söğorta şirkətlərinin qaçması mümkün deyil. Sığorta ilə verilmiş təminatlar da olduqca genişdir”.