Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa çempionatında uğurlu nəticəyə imza atıb.
Bu barədə 73 kq-da mübarizə aparan 30 yaşlı idmançı özünün “Instagram” səhifəsində paylaşım edib.
O, turnirdə ikinci yeri tutduqlarını yazıb. Orucov qazanılan uğura görə komanda yoldaşlarına təşəkkürünü bildirib: “Belə gözəl insanlarla tanış olduğum üçün çox şadam. Gələn il qızıl medallarımızı alacağıq!”
Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.