Rusların bizə sırıdığı zibillər… – Erməni KİV

0
448

Ermənistanın “ArmenianReрort” saytı Rusiyanı açıq şəkildə bütün erməni bəlalarında günahlandlraraq, antirusiya yönümlü növbəti məqalə yayımlayıb.

Nəşrdə guya Ermənistanın və erməni xalqının bütün bəlalarında yalnız Rusiyanın günahkar olduğu bildirilib.

“Rəsmi Moskva Paşinyanı bəyannamə imzalamağa məcbur etdi. Paşinyanın, əslində, Serj Sərkisyandan daha zəif və daha həssas olduğu ortaya çıxdı. Axı Sərkisyan da vaxtı ilə şantaj və Rusiya rəhbərliyinin hədələrinə təslim olaraq Avropaya inteqrasiya yolundan çəkilməyə razılaşdı və Ermənistanı yalnız Kremlin xeyrinə işləyən Putinin Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinin üzvü etdi”, – deyə erməni nəşri yazır.

Əslində isə məhz Rusiyanın sayəsində Ermənistan dövlət kimi mövcudluğunu davam etdirir. Yəqin ki, sözügedən məqalənin müəllifi bu dərsi qaçırıb və ya böyük ehtimalla erməniləri uşaqlıqdan məhz buna öyrədirlər – hamıya nifrət. Ermənistanın bu hərəkətini və ya İrəvanda “qədim” ermənilərin özlərindən başqa bir millət nümayəndəsinin olmadığını daha necə izah etmək olar?

“Artıq Gürcüstanı və Ukraynanı itirən Putinin Rusiyası, indi də Belarus və Moldovanı itirir. Reallıqda artıq KTMT yoxdur və bu təşkilata üzv ölkələr daha çox Türkiyə ilə ittifaqa kökləniblər. Xüsusilə də bizə sırıdıqları və əvəzində minnətdarlıq tələb etdikləri rus silahlarının zibil olduğu üzə çıxdı. Rusiyaya öz iradəsini tətbiq etmək üçün zəif və qeyri-sabit bir Ermənistan lazımdır. Bu ölkə həmişə bizə xəyanət edib və xəyanət etməyə davam edir.

Nikol bu sənədi imzalamaqdan imtina etsəydi, Ermənistanı dostları – ABŞ və Fransa dəstəkləyəcəkdi”, – deyə erməni nəşri yazır.