Ruslardan ukraynalılara qarşı AĞLASIĞMAZ İŞGƏNCƏ: qadınları zorlayır, kişiləri isə.

0
173

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək rus hərbçiləri tərəfindən yerli əhaliyə qarşı cinsi zorakılığa dair 154 fakt artıq müəyyən edilib.

Ukrayna Baş Prokurorluğun məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə prokurorların, beynəlxalq ekspertlərin və psixoloqların birgə mobil qruplarının fəaliyyət sayəsində yeni cinsi zorakılıq faktları müəyyən edilib.

“Xerson vilayətində rus hərbçiləri 4 ay ərzində qadına təcavüz ediblər. 2022-ci ilin mart ayından daha bir yerli sakinə sistematik şəkildə təcavüz olunub və işgəncələrə məruz qalıb. Xüsusilə də onun üzərinə qaynar su töküblər”, – məlumatda deyilir.

Həmçinin, Ukrayna Silahlı Qüvvələri ilə qohumluq əlaqəsi olan ukraynalı müdafiəçilərin arvadlarının ailələrindən alınaraq işgəncələrə məruz qalması zamanı gender əsaslı zorakılıq faktları qeydə alınıb.

“Prokurorlar mülki əhaliyə elektrik cərəyanı ilə işgəncə verilməsi ilə bağlı 30-dan çox fakt müəyyən edilib. Ümumilikdə, yerli kişilərə elektrik cərəyanından istifadə etməklə işgəncə verilməsi ilə bağlı 100-dən çox fakt aşkar edilib”, – Baş Prokurorluqdan bildirilib