Ruslar Zelenskini ATƏŞƏ TUTDU

0
184

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski Zaporojya vilayətində ölkə qoşunlarının yerləşdirildiyi cəbhə xəttinə gəlib. Onun Rabotino kəndinə səfəri zamanı ruslar əhalini atəşə tutmağa başlayıb.

Bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Onun sözlərinə görə, hava zərbələri Zelenskinin olduğu yerə kifayət qədər yaxın olub.

“Bu, Rabotinodur, orada aktiv hərbi əməliyyatlar gedir. Ona görə də nisbətən yaxınlıqda atışma olub”, – Nikiforov bildirib.