İstanbul 2025-ci ilin yazında ruslar arasında istirahət üçün ən populyar xarici şəhər olub.
Araşdırmaların nəticələrini “Lenta.ru” təqdim edib.
Rezervasiyaların yüzdə 8-nin Türkiyə metropolunda edildiyi dəqiqləşib. İstanbulu Dubay (6,3 faiz) və Minsk (4,4 faiz) izləyir . Araşdırmanın müəllifləri qeyd ediblər ki, İstanbul 2024-cü illə müqayisədə 20 faiz az populyar olub. Birləşmiş Ərəb Əmirlikləri və Belarusda tətillərə maraq isə eyni səviyyədə qalıb.
Rusların ən çox sevdiyi xarici şəhərlər arasında İrəvan (2,6 faiz), Şanxay (2,4 faiz), Daşkənd (2,3 faiz), Tbilisi (2,2 faiz), Paris (2,1 faiz), Pekin (1,9 faiz) və Banqkok (1,6 faiz) da olub.