Ruslar Paşinyanın yalanını üzə çıxardı

0
735

Rusiyanın Sosial Təhlil və Proqnozlaşdırma İnstitutu 2018-ci il üzrə araşdırmalarının yekun nəticəsi barədə hesabat yayıb.

Hesabata əsasən, ötən il postsovet dövründə ilk dəfə MDB məkanından Rusiyaya miqrant axını ən az sayda qeydə alınıb. Lakin bu məsələdə Ermənistan istisna olub.
“Maraqlıdır ki, hesabatda bütün istiqamətlər üzrə miqrantların sayının azaldığı vurğulanıb, təkcə Ermənistan və bəzi dövlətlər istisna olmaqla. Əksinə, 2018-ci il ərzində Rusiyaya köçən Ermənistan vətəndaşlarının sayında artım qeydə alınıb. Bu o deməkdir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyindəki hakimiyyətin bunun əksini təsdiqləyən bəyanatlarına baxmayaraq, ötən il Ermənistanın emiqrasiya üzrə göstəriciləri azalmayıb” – qəzet yazıb.