Ruslan Əliyev: “100-ə yaxın obyektdə qaz balonuna dair pozuntu aşkarlanıb”

0
335

“Bu günə qədər aparılan yoxlamalar nəticəsində 100-ə yaxın ictimai iaşə obyektində qaz balonlarından istifadə ilə bağlı pozuntu aşkarlanıb”.

bunu “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yoxlamalar Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birgə aparılır:

“Yoxlamalar mütəmadi olaraq davam etdiriləcək. Hazırda 100-ə yaxın iaşə obyektində qaz balonlarından istifadə ilə bağlı pozuntular aşkarlanıb. Müvafiq qaydada zəruri tədbirlər görülüb”.