ABŞ və İsrail Qüdsdə üçtərəfli görüş təklifi ilə çıxış ediblər.
“Asharq Al-Awsat” xəbər verir ki, yaxın zamanda Qüdsdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, Rusiya Təhlükəsizlik şurasının katibi Nikolay Patruşev və İsrailin Milli təhlükəsizlik qərargahının başçısı Meir Ben-Şabbat arasında görüş keçirilə bilər.
Məlumata görə, Vaşinqton Rusiyaya razılaşma təklif etmək niyyətindədir. Bəşər Asədin legitimliyini və Suriyanın sanksiyalardan azad edilməsi müqabilində bu ölkədə İran təsirinin azaldılması məsələsı gündəmə gələ bilər.