Ukrayna Aİ üçün Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər planları ilə bağlı sənəd hazırlayıb.
Bu barədə “The Financial Times” (FT) məlumat əldə edib.
Məlumata görə, Vladimir Zelenskinin ofisi “Aİ üçün təklif olunan növbəti sanksiya addımları” adlı sənəd hazırlayıb. Sənədə görə, Ukrayna düşünür ki, Avropa İttifaqı enerji və maliyyə sektorunda, eləcə də Rusiyanın hərbi sənaye kompleksində onlarla fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq etməlidir.
Məhdudlaşdırıcı tədbirlərin mümkün hədəfləri barədə əlavə təfərrüatlar açıqlanmır. Qeyd olunur ki, keçmiş sovet respublikasının hakimiyyət orqanları bu tədbirləri Rusiya Silahlı Qüvvələrinin ölkədəki hərbi sənaye kompleksi obyektlərinə və infrastruktur obyektlərinə kütləvi hücumlarından sonra həyata keçirib.