Rusiyaya qanunsuz bal, süd aparan azərbaycanlılara cinayət işi açıldı

0
584

Rusiyaya qanunsuz bal, süd aparan azərbaycanlılara cinayət işi açıldıRusiyanın Krasnoyarsk şəhərində Qafqaz və Orta Asiyadan gələn 55 kq mal məhv edilib.

Kənd təsərrüfatı məhsullarına nəzarət idarəsinin işçiləri xaricdən gələn vətəndaşların baqajlarına baxış keçiriblər.

Baxış zamanı Azərbaycan, Özbəkistan və Tacikistandan Rusiyaya qanusuz şəkildə bal, ət və süd məhsulları keçirildiyi məlum olub.

Ümumi çəkisi 55,8 kq olan qanunsuz məhsul aidiyyəti üzrə məhv edilib.

Qanunu pozan 28 şəxsə cinayət işi açılıb.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Belqorod vilayətinə qanunsuz yunan qozu və kartof aparan azərbaycanlı saxlanılmış və barəsində cinayət işi açılmışdı.