Rusiyaya işləməyə gedən azərbaycanlıların nəzərinə: Bunu etsəniz, qovulacaqsınız

0
174

Rusiya Federasiyasının Əmək Nazirliyi miqrantların profillərinə uyğun işləmədikləri halda Rusiya Federasiyasının ərazisini tərk etməyə məcbur edilməsini təklif edən qanun layihəsi hazırlayıb.

Bu barədə Əmək Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Söhbət işin təşkili üçün işə qəbul çərçivəsində gələn vətəndaşlardan gedir. Onlar, dəvət olunduqları müəssisələrdə işləməkdən imtina edərlərsə, məsələn, tikinti sektorunda yox, kuryer işləyərlərsə, o zaman 15 gün ərzində Rusiyanı tərk etməlidirlər.

Bundan əlavə, əcnəbilər iş tapmaq üçün konkret işəgötürənlə müvəqqəti işləmək hüququnu təsdiq edən xüsusi sənəd almalıdırlar.

Təşəbbüs artıq Dövlət Dumasında dəstək alıb, burada Rusiya Federasiyasına daxil olan əmək miqrantları üçün yalnız məqsədyönlü işə qəbul sisteminin hazırlanması təklif edilir.