Rusiyaya gedən bu azərbaycanlılar imtahandan azad edildi: Görün hansı imtiyazlar verildi

0
13

Yüksək ixtisasa malik əcnəbi mütəxəssislər rus dili, Rusiya tarixi və qanunvericiliyin əsasları fənlərindən imtahan verməkdən azaddırlar.

Bu barədə “RİA Novosti” Rusiya Daxili İşlər Nazirliyinin materiallarına əsasən yazıb.

Məlumata görə, belə işçilərin bir sıra üstünlükləri var: onlar ailə üzvlərini özləri ilə Rusiyaya gətirə, həm özləri, həm də yaxın qohumları üçün sadələşdirilmiş qaydada yaşayış icazəsi ala bilərlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aydınlaşdırıblar ki, belə mütəxəssislərə iş vizası iş icazəsi müddətinə verilir, lakin üç ildən çox olmayaraq. Öz növbəsində, işəgötürənin belə xarici işçiləri cəlb etmək və istifadə etmək üçün icazə almasına ehtiyac yoxdur.