Rusiyanın yeni həmləsi: Erməni kilsəsi parçalanır

0
517

Erməni Kilsəsində bölünmə ehtimalı yaranır.

Bu sözləri politoloq Erkin Qədirli deyib. O bildirib ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin istefa verən rəhbəri Artur Vanetyan Köçəryanın gizli yandaşı idi:
“Rusiya Erməni Kilsəsinin başçısı Yezras Bütün Ermənilərin Katolikosu İkinci Qareginin qardaşıdır. Yeri gəlmişkən, Rusiyada bir Yeni Naxçıvan Erməni Kilsəsi də var. Yerzas onun da başçısı sayılır. Paşinyan, hələ hakimiyyətə gələnə qədər, İkinci Qaregindən qurtulmaq gərəyindən açıq danışırdı. İrəvanda sırf buna görə bir neçə etiraz yürüşünü də təşkil edib. Erməni keşişlərinin arasında Paşinyanın yetərli dəstəyi olmadı. Maraqlıdır ki, indiki durumda Rusiyadakı Erməni Kilsəsində ayırıcı baxışlar güclənməkdədir. Bu işdə Kremlin rolu var, çünki Moskva Rusiyadakı erməni keşişlərinin İrəvandan təyin olunmasının qarşısını almağa çalışır. Kreml bunu Paşinyana daha bir təzyiq aləti kimi istifadə etməyi düşünə bilər”.