Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

0
288

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, 24 fevral-11 aprel tarixlərində Rusiya tərəfinin şəxsi heyətində itkilər 19500-ə çatıb.

Bundan əlavə, gedən döyüşlərdə Rusiya ordusunun 725 tankı, 1 923 zirehli döyüş maşını, 347 artilleriya sistemi, 108 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 154 təyyarəsi, 137 helikopteri, 1 387 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 119 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.