Azərbaycan Qarabağda beynəlxalq hava limanının tikintisinə başlayıb və 2021-ci ilin payız ayında aeroportu istifadəyə vermək niyyətindədir.
Bu barədə Rusiyanın RBK telekanalına yayımlanan süjetdə qeyd olunur.
Xəbərdə Füzulu şəhərində inşa olunacaq beynəlxalq hava limanının bütün tip təyyarələri qəbul edə biləcəyi bildirilir.
Videoda həmçinin qeyd olunur ki, sözügedən aeroportun istifadəyə verilməsi Qarabağın dağıdılmış yaşayış məntəqələrinin, həmçinin Şuşanın inkişafında mühüm rol oynayacaq.