Rusiyanın planı: Xəzərdən yan keçən yeni yol çəkmək və…

0
222

Rusiya Xəzər dənizi ətrafında marşrutlar qurmağı planlaşdırır.

Bunu Rusiya baş nazirinin müavini Marat Xusnullin bildirib. O qeyd edib ki, may ayında keçiriləcək forumda Qazaxıstan və Türkmənistanla bu məsələ müzakirə olunacaq.

“Mayın 18-də biz Kazan Forumunu keçirəcəyik və mütləq Qazaxıstan və Türkmənistandan olan həmkarlarımızla Xəzərdən yan keçən marşrutun tikintisini müzakirə etməyi planlaşdırırıq. Saziş imzalaya bilərik”, – Rusiya Federasiyasının nümayəndəsi açıqlama verib.

“Avtodor” dövlət şirkətinin İdarə Heyətinin sədri Vyaçeslav Petuşenko Çin və Avropanı birləşdirən Meridian magistralının tikintisini elan edib. Marşrut Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandan keçməlidir.

“İndi logistika zəncirləri dəyişdiyinə görə biz başa düşürük ki, istənilən halda Çinə Qazaxıstan vasitəsilə qoşulmaq lazımdır”, – Petuşenko vurğulayıb. O əlavə edib ki, marşrut sonda Avropaya deyil, ÇXR-i Rusiyanın cənubu və şimalı ilə birləşdirərək Rusiyanın mərkəzi hissəsinə gedəcək.

2019-cu ildə layihənin büdcəsi 600 milyard rubl olaraq qiymətləndirilib.