İndiyə kimi kimi Rusiyanın dövlət mükafatı, orden və medalları ilə təltif olunan xeyli azərbaycanlı ictimai-siyasi xadim olub.
Ictimai-siyasi fəaliyyəti olan həmin şəxslərin bir qisminin siyahısını təqdim edirik:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2015-ci ildə Rusiyadan mükafat alıb. Belə ki, həmin il president Vladimir Putin Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya “Puşkin” medalını təqdim edib. Leyla Əliyeva “Puşkin” medalına “Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə” layiq görülüb.
Milli Məclisin sədri Oqtay Əsədov MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun əli ilə Rusiya Prezidenti Vladimir Putinin adından “Dostluq” ordeni ilə təltif edilib.
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ötən il Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən “Şərəf” ordeni verilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 2015-ci il mayın 21-də Vladimir Putin tərəfindən Kremlin Yekaterina salonunda “Şərəf” ordeni ilə mükafatlandırılıb.
Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov 2015-ci ildə Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib.
Sabiq nəqliyyat naziri Ziya Məmmədov Rusiya Federasiyası Nəqliyyat Naziriyinin “Fəxri dəmiryolçu” mükafatına, həmçinin Rusiya Federasiyası Dərbənd şəhərinin “Fəxri vətəndaşı” adına layiq görülüb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da mükafat alanlar sırasındadır. Belə ki, bir neçə gün öncə Rus icmasının sədr müavini Boris Voronin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, şəhər və bölgələrdəki rus icmasına, əmək və müharibə veteranlarına göstərdiyi böyük köməyə görə “Şərəf və ləyaqət” ordenini təqdim edib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 2015-ci ildə Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı – “Əl-İzzət – Şərəf, Şöhrət və Ləyaqət” ordeni ilə təltif olunub. Bundan başqa, o, Rusiya Federasiyasının “Dostluq” və “Şöhrət” ordenini də alıb.
Milli Məclisinin komitə sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov 2016-cı Rusiya Federasiyasının “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə” ordeni ilə təltif olunub.