Rusiyanın Krasnoyarsk diyarında matəm elan olunub

0
524

Rusiyanın Krasnoyarsk diyarında bəndlərin uçması nəticəsində həyatını itirənlərin xatirəsinə oktyabrın 21-i matəm elan olunub.

Bu barədə Krasnoyarsk hökumətinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 19-da Krasnoyarskın Kuraginsk rayonunun Şetinkino qəsəbəsində Seyba çayı üzərində qızıl hasilatı artelinə məxsus texnoloji su hövzəsinin bəndləri uçub. Nəticədə 15 nəfər həlak olub, 26 nəfər yaralanıb, 5 nəfər isə itkin düşüb.