Rusiyanın hərbi karvanı Kəlbəcərdə – FOTO/VİDEO

0
364
Rusiyanın hərbi karvanı Kəlbəcərdə - FOTO/VİDEO

Rusiya Fövqəladə Hallar Nazirliyi Humanitar Reaksiya Mərkəzinin 11-ci hərbi karvanı Kəlbəcər bölgəsinə 80 ton humanitar yardımın çatdırılmasını təmin edib.

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Məlumat və Kütləvi Kommunikasiya Departamenti bildirib.

Qeyd edilib ki, Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən ərazilər arasında malların tranzitini təmin etməyə davam edir.

Sosial obyektlərə və yaşayış binalarına enerji tədarükü və su təchizatı sistemlərinin bərpası üçün 15 “KamAZ” markalı hərbi maşın və onları müşayiət edən nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin 11-ci Rusiya karvanı Xankəndi – Suqovuşan – Kəlbəcər marşrutu ilə irəliləyərək Kəlbəcər rayonuna elektrik, tikinti avadanlıqları və materiallarından ibarət 80 ton yük çatdırıb.

Ümumilikdə, bu günədək Rusiya sülhməramlılarının köməyi ilə 11 nəqliyyat vasitəsindən ibarət karvan bölgəyə 1600 tondan çox yük daşıyıb.

Humanitar yardım ötən ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə yardım çərçivəsində göndərilib.