Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayır

0
385

“Ural Hava Yolları” Rusiyanın Perm şəhərindən Bakıya uçuşlara başlayır.

Bu istiqamətdə uçuşlar 3 iyunda başlayacaq. Uçuş proqramı bu ilin 28 oktyabr tarixinədək hesablanıb.

Müvafiq məlumatlar Perm hava limanının “Bolşoye Savino” cədvəlində qeyd edilir.

Permdən Bakıya uçuşların həftədə bir dəfə – cümə axşamı günləri həyata keçirilməsi planlaşdırılır. Uçuş müddəti təxminən 3 saat 5 dəqiqə olacaq.

Uçuşlar “Airbus” təyyarələri ilə həyata keçiriləcək. Minimum bilet qiyməti bir istiqamətə 17 752 rubl (təxminən 411 AZN) təşkil edir.