Rusiya Avstriya hökumətinin rus diplomatı ölkədən qovmasına dərhal eyni reaksiyanı verib.
Rusiya Xarici İşlər Nazirliyi Avstriyanın Moskva səfiri Yohannes Aiqneri XİN-ə çağıraraq ona istənməyən şəxs elan olunduğunu bildirib.
Qeyd edək ki, daha öncə rəsmi Vyana rus diplomatın ölkədən çıxarılması barədə qərar verib.