Rusiyanın Baş Naziri Polad Bülbüloğlunu təbrik edib

0
603

Rusiyanın Baş Naziri Mixail Mişustin Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycanın Xalq artisti, bəstəkar Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.

Bu barədə Rusiya hökumətinin saytında bildirilib.

“Sizin gözəl mahnılarınız milyonlarla dinləyicinin sevimlisinə çevrilib və bir çox istedadlı ifaçının repertuarına daxil edilib. Bu mahnılar hələ də səmimiyyəti və  gözəlliyi ilə könülləri fəth edir. Siz həm də dövlət xadimi və ictimai xadim kimi özünüzü sübut etmisiniz. Bu gün Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olaraq ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verirsiniz”, – deyə təbrikdə qeyd olunub.