Rusiyanın Azərbaycanla bağlı planı: 2025-ci ildə Sumqayıtda reallaşacağını gözləyirlər

0
13

Rusiyanın Sənaye və Ticarət Nazirliyi 2025-ci ildə Azərbaycanda sənaye parkının fəaliyyətə başlamasına ümid edir.

Bu barədə Daşkənddə keçirilən “İnnoprom. Mərkəzi Asiya” beynəlxalq sərgisi çərçivəsində dövlət katibi – Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Roman Çekuşov TASS-a müsahibəsində bildirib.

“Bu il Azərbaycanda, Sumqayıt şəhərində sənaye parkının istifadəyə verilməsinə ümid edirik. Bu, azərbaycanlı tərəfdaşlarımızla birgə layihənin ilk təcrübəsidir. Əminik ki, bu, Rusiya müəssisələri tərəfindən də tələb olunacaq”.