Rusiya hərbi aviasiyası Rusiya ərazisinə UMPB-250 idarə olunan bomba atıb.
Hadisə yanvarın 23-də Belqorod vilayətində, Böyük Kulbaki kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, sursatların düşməsi nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb.
“Arquments and Facts” əvvəllər bombanı sükan, antenalar və turboreaktiv hərəkət sistemi ilə inteqrasiya olunmuş naviqasiya modulu ilə təchiz edilmiş yüksək texnologiyalı silah kimi təsvir edirdi. AiF qeyd edib ki, əlavə olaraq quraşdırılmış UMPC modulları olan adi bombalardan fərqli olaraq, UMPB-250 “ağıllı bomba” kimi yaradılıb.