Rusiyanın ən zəngin qadınlarının siyahısı açıqlanıb

0
573

Dünyaca məşhur tennisçi Mariya Şarapova “Forbes” jurnalının Rusiya üzrə tərtib etdiyi reytinqdə ən varlı qadınlar siyahısında 25-ci yeri tutub.

İdmançının sərvəti 200 milyon dollar dəyərində qiymətləndirilir.

Tennisçi əsas gəlirini reklam müqavilələrindən, habelə özünə məxsus “Sugarpova” adlı şirniyyat brendindən qazanır.

Siyahıya “Inteco Management” şirkətinin prezidenti Elena Baturina başçılıq edir. Onun sərvəti 1,3 milyard dollar məbləğində qiymətləndirilir.

Siyahıda ikinci sırada geyim üzrə internet-mağaza “Wildberries”in direktoru Tatyana Bakalçuk qərarlaşıb. Onun sərvəti 1,1 milyard dollar həcmində qiymətləndirilir.

Siyahıda ilk üçlüyü 700 milyon dollar vəsaitlə “Lukoyl” şirkətinin vitse-prezidenti və Rusiyanın “Spartak” klubunun sahibi Leonid Fedunun qızı Yekaterina qapayır.