Rusiyalı senator: “Səfərbərlikdə qanunu pozmadan ölkədən çıxanlar istənilən vaxt qayıda bilər”

0
257

“Rusiya Federasiyasını qismən səfərbərlik zamanı qanunu pozmadan tərk etmiş vətəndaşlar istənilən vaxt geri qayıda bilərlər”.

Bunu Federasiya Şurasının dövlət suverenliyinin müdafiəsi komissiyasının rəhbəri Andrey Klimov bildirib.

Onun sözlərinə görə, əgər ölkəni tərk edən vətəndaşlar qanunu pozmayıblarsa, onlar geri qayıdan zaman hərəkətlərinin hüquqi nəticələri olmayacaq, çünki Rusiya hüquqi dövlətdir: “Suallarla boğulan tək mən deyiləm. Qismən səfərbərlik elan edildikdən sonra tələsik ölkəni tərk edən Rusiya Federasiyasının minlərlə vətəndaşı ilə nə etməli? Konstitusiyamız baxımından hər kəs Rusiya ərazisini sərbəst tərk edə bilər, əgər onun xüsusi, çox spesifik, qanunla təsvir olunan öhdəlikləri yoxdursa… Əgər varsa, o zaman qanunpozucusu ilə nə etməli? Buna inzibati xətalar və ya cinayət məcəllələri cavab verməlidir. Bu məsələ sırf şəxsi məsələdir və səlahiyyətli orqanların bununla məşğul olmaq hüququ və öhdəliyi var”, -parlamentari Telegram kanalında yazıb.

Klimov bildirib ki, ölkədən gedənlər arasında qanunu pozmayanlar istənilən vaxt hüquqi nəticəsi olmadan qayıda bilər: “Lakin onların bəziləri ciddi mənəvi məsuliyyətdən yayına bilməzlər. 2021-ci ilin sonuna kimi xaricdə cəmi 10 milyon Rusiyadan emiqrasiya edən insan vardı. Sizi əmin edə bilərəm ki, statistika vətən üçün çətin bir zamanda qaçanların xeyrinə deyil”.