Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

0
90

“Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan hakimiyyətini ermənilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edən İrəvanın iddiasını təmin etməyəcək”.

Bu fikri müsahibəsində politoloq Aleksey Naumov bildirib.

Onun sözlərinə görə, Ermənistanın belə iddialar üçün əsası yoxdur.

“İstənilən halda məhkəmənin hökmü Azərbaycana qarşı yönəlməyəcək. Bakı irəli sürülən ittihamlara kifayət qədər haqlı reaksiya verir, belə beynəlxalq öhdəliklərə məsuliyyətlə yanaşdığını və onları inkar etmədiyini vurğulayır, sübutlar tapılmadığı üçün iddianın verilməsi faktını əsassız sayır”, – deyə Naumov bildirib.

Politoloqun fikrincə, İrəvan öz hərəkətləri ilə ancaq informasiya hay-küyü yaratmağa çalışır. Bu, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistana cəlb edir, ona iqtisadi və hərbi yardım şəklində siyasi üstünlüklərə nail olmağa imkan verir.

Qeyd edək ki, 2021-ci il sentyabrın 16-da Ermənistan Azərbaycanı ermənilərə qarşı irqi ayrı-seçkilikdə ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırıb. Sənəddə Bakının guya ermənilərə qarşı nifrət siyasətini dəstəklədiyi, bunun nəticəsində onların ayrı-seçkiliyə, qırğınlara və işgəncələrə məruz qaldığı vurğulanır.

Azərbaycanın nümayəndəsi Elnur Məmmədov Bakı adından bəyan edib ki, BMT məhkəməsinin İrəvanın ermənilərə qarşı cinayətlərlə bağlı iddiasına baxmaq səlahiyyəti yoxdur. Onun fikrincə, ittihamlar həm də Ermənistan tərəfinin iddiada istinad etdiyi irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya aid deyil.

Öz növbəsində, rusiyalı politoloq Dmitri Solonnik NEWS.ru-ya bildirib ki, Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Məhkəməyə verdiyi iddiası təşkilatın sülhməramlılarını NATO ölkələrindən Qarabağ ərazisinə gətirmək məqsədi daşıyır.

Onun sözlərinə görə, Rusiya belə bir qərar qəbul ediləcəyi təqdirdə ona kəskin mənfi reaksiya verəcək.

“Rusiyanın Cənubi Qafqazdakı vəziyyətin nəzərdən keçirilməsinə və Qafqaz regionuna heç bir aidiyyatı olmayan məsul qüvvələrin cəlb edilməsinə mənfi münasibət bəsləyir, Ermənistanın hər vasitə ilə NATO nümayəndələrini bölgəyə sürükləmək cəhdinə son dərəcə mənfi yanaşır. Bu, Cənubi Qafqaz sabitliyə qətiyyən kömək etmir”, – Solonnikov bildirib.

Politoloq qeyd edib ki, İrəvanın vəzifəsi Qarabağda 44 günlük müharibənin nəticələrini şübhə altına almaqdır. Onun fikrincə, Ermənistan ciddi nəticələr əldə etməyəcək.