Rusiyalı politoloq ermənilərin üç mifini İFŞA ETDİ

0
527

Rusiyalı politoloq Andrey İvanov ruslar arasında yayılan üç əsas erməni mifini ifşa edib.

Bu barədə politoloq “Facebook”da yazıb.

A. İvanov hesab edir ki, birinci mif ermənilərin əhatəsində olan düşmən müsəlmanlara qarşı daim mübarizə aparan ruslara qardaş pravoslav xalqı olmasıdır.

“Ermənilərin əksəriyyəti pravoslav inancına bağlı deyillər. Əminliklə demək olar ki, protestantlar və katoliklər erməni inanclı xristianlardan pravoslavlara daha yaxındırlar. Azərbaycanda hakim din İslamdır, lakin ölkədəki pravoslav kilsələri də boş qalmır”, – deyə politoloq qeyd edir.

“Erməni təbliğatının ikinci mifi budur ki, mövcud qarşıdurma erməni xalqının məhv edilməsinə yönəlmiş “cihad”dır.

Rəsmi Bakını təmsil edən nümayəndələrdən heç kim heç yerdə heç vaxt Ermənistan dövlətinin ərazisini ələ keçirməyə çalışdıqlarını deməyib. Döyüşlər hazırda yalnız Azərbaycan ərazisində aparılır. Vəziyyət elədir ki, Dağlıq Qarabağdan əlavə daha yeddi rayon Ermənistan hərbçiləri tərəfindən işğal edilmişdir. Bakı dəfələrlə Dağlıq Qarabağın statusu məsələsinin müzakirəsini, bölgəyə geniş muxtariyyət verilməsini təklif edib, lakin İrəvan danışıqlar üçün bütün fürsətləri rədd edib”, – deyə A. İvanov başqa bir mifi ifşa edib.

Politoloq qeyd edir ki, Rusiya informasiya məkanında fəaliyyət göstərən erməni təbliğat maşınının üçüncü mifi Türkiyənin Azərbaycanın arxasında durduğu iddiasıdır.

“Mötərzədən kənarda qalan əsas məqam Bakının bütün müstəqillik illərində çoxvektorlu mövqeyə sadiq qalmasıdır. Azərbaycan bu gün bəlkə də postsovet məkanında ən müstəqil dövlətdir. Başqa bir məsələ budur ki, erməni puluna yazan rus blogerlər obyektiv faktları görmək istəmirlər. Məhz bu səbəbdən də biz oxuyuruq ki, pravoslav erməniləri Rusiyanın maraqları uğrunda Türkiyəyə qarşı son və həlledici döyüşə gedirlər və son damlalarına qədər qan tökməyə hazırdırlar. Bu, problemin həllinə konstruktiv yanaşmanın qarşısını alan dəhşətli yalandır”, – deyə politoloq fikrini tamamlayıb.