Mixail Qaluzin bundan sonra Rusiya Federasiyası Xarici İşlər Nazirliyində Müstəqil Dövlətlər Birliyi (MDB) ilə bağlı məsələlərə nəzarət edəcək.
Bu barədə mk.ru məlumat yayıb.
Əvvəllər xarici işlər nazirinin müavini Andrey Rudenko Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyində MDB məsələlərinə cavabdeh olub. İndi diplomat Asiya istiqaməti ilə məşğul olacaq.
“MDB-yə təyin olunan Mixail Qaluzin əvvəllər Rusiyanın Yaponiyadakı, ondan əvvəl isə Rusiyanın İndoneziya, Papua-Yeni Qvineyada və Okeaniyanın bir sıra ölkələrində səfiri vəzifələrində çalışıb. 2022-ci il noyabrın 25-də 62 yaşlı Mixail Qaluzin Rusiya Federasiyası xarici işlər nazirinin müavini təyin edilib”, – məlumatda deyilir.