Rusiyadan xarici valyutanın ölkədən çıxarılmasına qoyulan qadağa ləğv edilib

0
232

Rusiya Federasiyasında dəyəri 10 min dollardan çox olan xarici valyutanın ölkədən çıxarılmasına qoyulan qadağa ləğv edilib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya Mərkəzi Bankına göstəriş verib.

Qeyd edək ki, bu il martın əvvəlində Rusiyadan dəyəri 10 min dollardan çox xarici valyutanın çıxarılması qadağan edilib.