Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlıların avtobusuna atəş açılıb

0
217

Rusiyadan Ukraynaya gedən və içərisində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

Bu barədə vəkil Aqil Layıc öz “Facebook” hesabında məlumat paylaşıb.

O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların dördü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.

Məlumata görə, Ukraynaya keçmək istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.