Rusiyadan şok iddia: İran o ölkəni yerlə-yeksan edə bilər

0
342

Rusiya Artilleriya və Raket Elmləri İnstitutunun vitse-prezidenti Konstantin Sivkov İranla bağlı maraqlı açıqlama verib.

Sivkov dünyanın dörd ən böyük raket sistemi istehsalçısından biri olduğunu söylədiyi İranın İsraili məhv edə biləcəyini iddia edib.

Sivkov İsrailin İrana hücum ehtimalının o qədər də yüksək olmadığını deyib:

“Təl-Əvivin İranın adi qısamənzilli raketlərinə qarşı çıxa biləcək hava hücumundan və ya raketdən müdafiə sistemi yoxdur. Tehranın İsrailin nüvə sistemlərinə və reaktorlarına raket hücumu yəhudi torpaqlarını yaşayış üçün yararsız hala salacaq”.

İsrailin İrana qarşı nüvə silahı istifadə edəcəyini düşünmədiyini qeyd edən Konstantin Sivkov vurğulayıb:

“Bundan başqa, İranın obyektləri çox yaxşı qorunur. Onlara silahla asanlıqla sızmaq olmaz. Odur ki, İsrailin İrana qarşı mümkün əməliyyatı hətta ABŞ Hərbi Hava Qüvvələrinin iştirakı ilə belə müsbət nəticə verməyəcək”.