Rusiyadan korona peyvəndi ilə bağlı xoş xəbər

0
978

Rusiyada koronavirusa qarşı hazırlanan ilk peyvənd on gün ərzində qeydiyyata alınacaq.

Bu barədə məlumatı Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) prezidenti Kirill Dmitriyev deyib.

O bildirib ki, bununla bağlı bütün prosedurları Səhiyyə Nazirliyi izləyir:

“Artıq testin birinci və ikinci mərhələlərinin ilk nəticələrini əldə etdilər və nəticələrin çox yaxşı olduğunu görürlər. Yoxlama gözlənilən vaxtda başa çatsa, dünyada ilk qeydə alınmış COVİD-19 peyvəndi Altium və P-Farm dərman şirkətləri tərəfindən istehsal ediləcək”.