Rusiyadan daha 250 Azərbaycan vətəndaşı vətənə gətirildi

0
680

Rusiya Federasiyasında olan daha 250 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Həmin şəxslər Samur sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçiblər.

Ölkəyə gətirilən vətəndaşlar xüsusi yaradılmış düşərgədə karantinə alınacaqlar.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür.