Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Paylaşımın sol tərəfində ABŞ Dövlət katibi Mayk Pompeonun fotosu, həmçinin Suriyada türkiyəli əsgərlərin ölməsi barədə sitatı yerləşdirilib: “Biz bu hücumda hərbçilərini itirmiş NATO müttəfiqimiz Türkiyənin yanındayıq”.
Paylaşımın sağ tərəfində isə ABŞ-ın Türkiyədə terror qruplaşması hesab olunan YPG-yə hərbi yardımlarının əks olunduğu “Anadolu” agentliyinin infoqrafikası yerləşdirilib.