Rusiyada zəlzələ İrkutsk şəhərində 18 məktəb və bir sıra sosial qurumların binasının zərər görməsi ilə nəticələnib.
Bu barədə şəhər administrasiyasının mətbuat xidməti xəbər verir.
“18 məktəbdə kiçik çatlar qeydə alınıb, suvaq dağılıb. Bir neçə məktəbəqədər müəssisədə də çatlar var”, – deyə qeyd olunur.
Eyni ziyan bir sıra idman obyektlərində də aşkar edilib.
Bundan əlavə, zəlzələ nəticəsində “Rusiya” mədəniyyət və istirahət mərkəzi zərər görüb.
Qeyd edəl ki, 5-6 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 5:44-da başlayıb.
Məlumata görə, episentri qonşu Buryatiya Respublikasının Kabanski rayonu olan zəlzələnin mərkəzində intensivlik 7,6 bal gücündə hesablanıb.