Rusiya hidrometeoroloqları anomal istilər barədə xəbərdarlıq ediblər.
Yaxın günlərdə bir neçə vilayət və şəhərdə havanın temperaturunun 40 dərəcəni ötəcəyi proqnozlaşdırılıb.
Belə ki, Saratov vilayətində 5-7 iyul tarixlərində havanın istiliyi müsbət 40, Rostovda 40-41, Həştərxanda 40-42, Kalmıkiyada 42-43 dərəcə istilik gözlənilir.
Yüksək temperatura görə meşə yanğınlarının olacağı da istisna edilmir.