Rusiyada Xalq artisti və həyat yoldaşı Ukrayna müharibəsinə qarşı çıxdıqlarına görə teatrdan qovulublar

0
205

Rusiyanın Xalq artisti Dmitri Nazarov və həyat yoldaşı Olqa Vasilyeva Çexov adına Moskva İncəsənət Teatrından qovulublar. Teatrın bədii rəhbəri Konstantin Xabenski onların işdən çıxarılmaları barədə əmr imzalayıb.

İşdən çıxarılmaya səbəb Nazarovun Rusiya Federasiyasının Ukraynada apardığı müharibə və onun “anti-Rusiya əhval-ruhiyyəsi” ilə bağlı açıq açıqlamaları olub.

Məlumata görə, Xabenski işdən çıxarılmazdan əvvəl Nazarovla “müzakirə aparmağa çalışıb”, lakin aktyorun “YouTube”da müsahibəsini görəndən sonra “Kuxnya” (Mətbəx) serialının ulduzunun və onun kimi anti-Rusiya mövqeyini gizlətməyən həyat yoldaşının işdən çıxarılmasına qərar verib.