Rusiyanın Kamçatka yarımadasında yerləşən Bezimyan vulkanı püskürüb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Bildirilib ki, kül buludu vulkanın 90 kilometr şimal-şərqinə yayılaraq regional hava nəqliyyatı üçün potensial təhlükə yaradıb.
Püskürmə son 24 saat ərzində bölgədə qeydə alınan 180-dən çox zəlzələ və aylar ərzində artan vulkanik aktivliyin ardınca baş verib.
Təxminən 3 min metr hündürlükdə olan Bezimyan vulkanı Ust-Kamçatski bölgəsindəki Klyuçi kəndindən 40 kilometr aralıda yerləşir.