Rusiyanın Vladimir vilayətində antiterror əməliyyatı keçirilir.
Hərbçilər cinayətkarları evlərin birində blokadaya salıb.
Bildirilir ki, dəstə üzvləri terror aktı törətmək istəyiblər. MAK əməliyyatın detalları haqda məlumat verməyib. Terrorçuların dəqiq sayı məlum deyil.
**
Ən son məlumata görə, antiterror əməliyyatı Vladimir vilayətinin Kolçuqino şəhərində aparılır. MAK yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumat verəcəyini söz verib.
**
Terrorçular onları blokadaya salan hərbçilərə atəş açıb. Bu, onlara təslim olmaları haqda təklif irəli sürüləndən sonra baş verib.
**
Kolçuqino şəhər hakimiyyəti 15 nəfərə yaxın sakini ərazidən təxliyə edib.
**
Terror aktı törətməyə cəhd göstərən iki silahlı zərərsizləşdirilib. MAK bildirib ki, silahlılar insanların sıx toplaşdığı yerdə terror aktı törətmək istəyib.
Terrorçuların gizləndiyi evdə silah, əldə düzəldilən bomba və ekstremist yönümlü ədəbiyyat tapılıb.
Silhalıların hansı terror qruplaşmasına aid olmaları isə dəqiqləşdirilmir.