Rusiya hökuməti texnologiyanın ölkədə tətbiqini sistemləşdirmək üçün Süni İntellektin (Sİ) İnkişaf Mərkəzinin yaradılması barədə qərar qəbul edib.
Bunu Rusiya Federasiyası Baş nazirinin müavini və Nazirlər Kabineti aparatının rəhbəri Dmitri Qriqorenko bəyan edib.
Onun sözlərinə görə, Mərkəz standart həlləri seçib yayacaq, dövlət orqanlarının, regionların və biznes qurumlarının işini əlaqələndirəcək.
Mərkəzin koordinatoru təyin edilən Qriqorenko qeyd edib:
“Bizim vəzifəmiz süni intellektin tətbiqinin nəticələrinin bütün ruslar üçün əlçatan olmasını və müasir texnologiyaların inkişafı vasitəsilə ölkəmizin dünya bazarlarında rəqabət qabiliyyətini artırmasını təmin etməkdir”.
Mərkəzin Rusiyada süni intellekt sahəsində qabaqcıl təcrübələri yayması gözlənilir.
Qurum süni intellekt təhlükəsizliyinin tənzimlənməsi və beynəlxalq əməkdaşlığın təşkili üçün normativ hüquqi aktlar da hazırlayacaq.