Rusiyanın İrkutsk bölgəsi sel altında qalıb.
Təbii fəlakət nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
Bu barədə açıqlama verən Rusiyanın Daxili İşlər naziri Vitali Mutko hadisə zamanı ümumilikdə 751 nəfərin yaralandığını, onlardan 153-nün isə xəstəxanaya aparıldığını bildirib.
V.Mutko həmçinin qeyd edib ki, dövlət fəlakətin nəticələrini aradan qaldırmaq üçün 762 milyon rubl vəsait ayırıb.
Qeyd edək ki, iki gündür davam edən yağışlar nəticəsində İrkutsk vilayətində çayların səviyyəsinin qalxması ilə təxminən 6-7 min evin yerləşdiyi yaşayış məntəqəsi su altında qalıb. Ölkə başçısı Vladimir Putin də hadisə yerinə baş çəkib və vəziyyətlə yerində tanış olub.