Rusiyada şəhər kül altında qaldı – VİDEO

0
434

Rusiyanın Saxalin vilayətinin Şimali Kurilsk şəhərində Ebeko vulkanı fəallaşaraq, 3,5 kilometr hündürlüyə kül püskürüb. Vulkan nəticəsində yayılma şleyfi 10 kilometr təşkil edib, şəhər kül atında qalıb.

Bununla bağlı RT kadrlar yayımlayıb.

Bildirilir ki, püskürmədən sonra yayılan qatı kül tozuna görə aviasiya üçün “narıncı” kod təhlükəsi elan edilib.

Ebeko vulkanı Şimali Kurilsk şəhərindən yeddi kilometr şimal-qərbdə yerləşir. Onun hündürlüyü 1156 metrdir.