Rusiyada səfərbərliyə çağırılan Azərbaycan əsilli Avropa çempionu: “Şoka düşdüm”

0
190

Səfərbərlik idarəsindən çağırış vərəqəsi alan Azərbaycan əsilli rusiyalı idmançı, fiqurlu konkisürmə üzrə Avropa çempionu Dmitri Əliyev yaşadığı hissləri şərh edib.

23 yaşlı idmançı etiraf edib ki, çağırış vərəqəsi ilə bağlı xəbəri eşidəndə şoka düşüb:

“Xəbəri mətbuatdan oxudum. Təsəvvür edin, təyyarə enir və deyirlər ki, sənə müharibəyə çağırış gəlib. Evə getdim, bütün sənədləri hazırladım, daha sonra hərbi komissarlığa yollandım. Hazırda hər şey qaydasındadır. Sadəcə gedib qeydiyyatdan keçməli idim. Qeydiyyat yerim dəyişib. Müvafiq olaraq, yeni qeydiyyatda olduğum yerdə qeydiyyatdan keçmək lazım idi”.

Fiqurlu konkisürmə üzrə Avropa çempionu “idmançıların orduya cəlb olunması nə qədər məqsədəuyğundur?” sualına isə belə cavab verib:

“Siz nə qədər cəhd etsəniz də, mən bu suala cavab verməyəcəyəm”.

Qeyd edək ki, ata tərəfdən Azərbaycan əsilli olan Dmitri Əliyev 2020-ci il Avropa çempionatının qalibi olub.