Rusiyanın dövlət kanallarının ekspertləri Ermənistanda hakimiyyət çevrilişi haqda çağırışlar edirlər.
Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan Paşinyanın Avropa Parlamentində çıxışı zamanı “təhlükəsizlik müttəfiqlərinin” onu devirmək istədiyi haqda dediklərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiya dövlət kanallarında Ermənistan xalqının küçəyə çıxması və hakimiyyəti dəyişməsi çağırışları intensivləşib.
Xanandanyan bununla Paşinyanın fikirlərinə haqq qazandırıb.