Rusiyada Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılacaq – FOTO

0
388

Tezliklə Rusiya Muzeyinin Mərmər Sarayında görkəmli Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılacaq.

Bu barədə tədbirin kuratorlarından biri olan Şirin Məlikova özünün “Facebook” səhifəsində məlumat verib.

O bildirib ki, sərginin ekspozisiyası bir neçə tarixi dövrləri birləşdirən xalça, zərgərlik sənəti, bədii metal, miniatür, müasir incəsənət, teatr-dekorativ sənəti, klassik musiqi və rəqsin sintezindən ibarətdir.

Heydər Əliyev Fondunun dəstəyilə həyata keçiriləcək sərgi yanvarın 27-dən mayın 9-dək fəaliyyət göstərəcək.

Tədbirin kuratorları Şirin Məlikova və Emin Məmmədovdur.